BMT Təhlükəsizlik Şurası İraqda həyata keçirilən hücumu qınayıb

BMT Təhlükəsizlik Şurası ərəfə günü (19 iyul) İraqda bazar yerinə edilən bombalı hücumu qınayıb.

1678463
BMT Təhlükəsizlik Şurası İraqda həyata keçirilən hücumu qınayıb

BMT Təhlükəsizlik Şurası ərəfə günü (19 iyul) İraqda bazar yerinə edilən bombalı hücumu qınayıb.

BMT TŞ tərəfindən yayılan bəyanatda İraqın paytaxtı Bağdadda 19 iyulda məsuliyyətini DEAŞ-ın üzərinə götürdüyü, 30 nəfərin öldüyü və ən az 50 nəfərin yaralandığı bombalı hücumun ən sərt şəkildə qınandığı ifadə edilib.
Bəyanatda qurbanların ailələrinə, İraq hökumətinə və xalqına başsağlığı verilib, cinayətkarların ən qısa müddətdə ədalət qarşısına çıxarılması və cəzalandırılması istənib.

Bəyanatda BMT TŞ üzvlərinin İraqın müstəqilliyi, suverenliyi, birliyi, ərazi bütövlüyü, demokratik prosesi və firavanlığına dəstəyinin davam etdiyi bir daha vurğulanıb.



Әlaqәli Xәbәrlәr