Azərbaycan və Rusiya Prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfər edib.

1678067
Azərbaycan və Rusiya Prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə iyulun 20-də Rusiyaya işgüzar səfər edib.

İki lider bir araya gəldikləri görüşün mətbuata açıq hissəsində açıqlamalar veriblər. 

Rusiya Prezidenti Putin koronavirusdan sonra Rusiya və Azərbaycan arasında münasibətlərin, xüsusən iqtisadi əlaqələrin bərpa olunduğunu,hökumətlərarası komissiyanın fəal işləyidiyini, orada əməkdaşlıq istiqamətlərinin çox olduğunu deyib. 

Putin regionda vəziyyətin nizamlanmasının ən mühüm məsələlərdən biri olaraq qaldığına diqqət çəkərək deyib: “Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilin birinci yarısında Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsinin artdığını bildirərək deyib ki, bu, çox vacibdir, çünki keçən il bizdə 10 faizdən çox azalma olmuşdu. Nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlığı fəal surətdə genişləndiririk.

Regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri iyulun 20-də başa çatıb.



Әlaqәli Xәbәrlәr