“Afrindəki bu kütləvi məzarları hamı bilməlidir”, R.Doğan

...   Bu məlumatdan bir neçə saat sonra Afrin Yerli Məclisinin sədri Məhəmməd Şeyx Raşid Yeni Afrin məhəlləsindəki boş ərazidə davam edən qazıntı işləri zamanı cəsəd sayını bildirib

1675878
“Afrindəki bu kütləvi məzarları hamı bilməlidir”, R.Doğan

 

  Suriyanın Afrin bölgəsində kütləvi məzardan çıxarılan cəsəd sayının 60-ı keçdiyi açıqlanıb.

  Hatay valisi Rəhmi Doğan iyulun 14-də Afrində bir məlumat əsasında yerli polis və prokurorun nəzarəti altında kütləvi məzar aşkarlandığını bildirərək deyib: “Bu, bir insanlıq cinayətidir. YPG/PKK terror təşkilatının necə cinayətlər törətdiyi və nələr etdiyi ortaya çıxmaqdadır. 14 iyulda rəqəm 35 idisə, ayın 15-ində gündüz 61 oldu. Axtarma işləri davam edir.

  Xatırladaq ki, Türkiyənin Afrin Hərəkatından (yanvar-mart 2018) bir neçə gün əvvəl Afrində sayını bilmədiyimiz qədər sadə vətəndaş YPG/PKK terror təşkilatı tərəfindən qətl olunub. Terror təşkilatının törətdiyi bu insanlıq cinayətini bütün beynəlxalq təşkilatlar və bəşəriyyət görməli, bilməlidir."

  Bu məlumatdan bir neçə saat sonra Afrin Yerli Məclisinin sədri Məhəmməd Şeyx Raşid Yeni Afrin məhəlləsindəki boş ərazidə davam edən qazıntı işləri zamanı cəsəd sayının 68-ə çatdığını bildirib.

  Türkiyə Silahlı Qüvvələrinin (TSK) nəzarətində olan Afrində yerli təhlükəsizlik qüvvələrinin məlumatına görə, iyulun 14-də Yeni Afrin məhəlləsindəki boş ərazidə qazıntı işləri başlanılıb. Traktorlarla qazıntı zamanı 15-20 metr dərinliyə basdırılmış çuvallarda çox sayda cəsəd tapılıb.

  Təhlükəsizlik qüvvələri təyin edib ki, TSK-nın Afrindəki terror hədəflərini zərərsizləşdirmək məqsədiylə 2018-ci ilin yanvarında başladığı və bölgənin təxminən 2 ayda nəzarətə alınmasını təmin edən “Zeytun budağı” hərəkatından az əvvəl bölücü terror təşkilatı YPG/PKK-nin idarəsində olan bölgədə edam edilən və şəxsiyyəti hələ müəyyən edilməyən insanlara aiddir.



Әlaqәli Xәbәrlәr