İran ABŞ ilə məhbus mübadiləsi mövzusunda danışıqlar aparıldığını bildirib

İran Nazirlər Kabinetinin sözçüsü Əli Rəbii ABŞ ilə məhbus mübadiləsi mövzusunda danışıqlar apardıqlarını bildirib.

1674727
İran ABŞ ilə məhbus mübadiləsi mövzusunda danışıqlar aparıldığını bildirib

İran Nazirlər Kabinetinin sözçüsü Əli Rəbii ABŞ ilə məhbus mübadiləsi mövzusunda danışıqlar apardıqlarını bildirib.

İran dövlət televiziyasının xəbərinə görə, Əli Rəbii paytaxt Tehranda təşkil etdiyi mətbuat konfransında ABŞ ilə mümkün məhbus mübadiləsi ilə bağlı bəyanat verib.

Rəbii Tehranın ABŞ-da həbsdə olan və ya hər hansı bir ölkədə ABŞ-ın tələbi ilə tutulan İran vətəndaşı "siyasi məhbusların" geri qaytarılması müqabilində İranda həbsdə olan bəzi ABŞ vətəndaşlarını sərbəst buraxacağını bildirib.

"Mözvu ilə bağlı hazırlıqlarımızı əvvəlki ABŞ rəhbərliyinə çatdırmışıq, ancaq danışıqlar masasına oturmaqdan imtina edən və iranlıları girov götürməkdə israr edən ABŞ rəhbərliyi oldu" deyə Rəbii vurğulayıb.

Rəbii ABŞ Prezidenti Co Baydenin bu məsələyə yanaşmasının müsbət olduğuna diqqət çəkib: "Bu mövzuda danışıqlar davam edir. Danışıqlardan nəticəyə əldə edilməsi, iranlı məhbusların sərbəst buraxılması və ölkəmizin maraqlarının təmin edilməsi halında yaxın günlərdə mövzu ilə bağlı məlumat veriləcək" .
Qeyd edək ki, ABŞ-da bəzi İran vətəndaşları sanksiyaları pozmaqda günahlandırılaraq tutulur.

İki ölkə arasında əvvəllər də məhbus mübadiləsi aparılmışdı.

Son dəfə İranda həbsdə olan keçmiş ABŞ əsgəri və ABŞ-da həbsdə olan bir İran alimi 2020-ci ilin iyun ayında eyni vaxtda sərbəst buraxılmışdı.



Әlaqәli Xәbәrlәr