Yəhudi fanatiklər Məscidül-Əqsaya basqın ediblər

İsrail polisinin müşayiət etdiyi onlarla fanatik Yəhudi İşğal altında olan Şərqi Qüdsün İçəri şəhərindəki Məscidül-Əqsanın həyətinə daxil olub.

1672120
Yəhudi fanatiklər Məscidül-Əqsaya basqın ediblər

Qüds İslam Vəqfləri İdarəsindən yayılan açıqlamada İsrail polisinin himayəsində olan 122 Yəhudi fanatikin Məscidül-Əqsanın cənub-qərbində yerləşən Əl-Maqaribə (Fas) darvazasından Harem-i Şərifə basqın etdikləri, Haram-i, Şərifin həyətlərində gəzdikdən sonra Məscidül-Əqsadan çıxdıqları bildirilib.

Qeyd edək ki Fanatik Yəhudilərin Hərəm-i Şərifə etdikləri bu cür basqınlar bölgədə gərginliyin tarıma çəkilməsinə səbəb olur.

Xatırladaq ki, 26 oktyabr 1994-cü ildə İsrail və İordaniya arasında imzalanan sülh müqaviləsinə əsasən Məscidül-Əqsa və Qüdsdəki Vəqflər,  İordaniya Vəqflər, İslam İşləri və Müqəddəslik Nazirliyi yanında Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir.

İşğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsa, müsəlmanların ilk qibləgahıdır.



Әlaqәli Xәbәrlәr