Rusiya “Rayo” gəmisini izlədiyini bildirib

Rusiya, Qara dənizə daxil olan İspaniya patrul gəmisi “Rayo”-nu izlədiyini bildirib.

1671463
Rusiya “Rayo” gəmisini izlədiyini bildirib

Rusiya Müdafiə Nazirliyinin açıqlamada İspaniya Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin bu gün “Sea Breeze 2021” təlimləri çərçivəsində Qara dənizə girdiyi, Rusiyanın Qara dənizdəki donanmasının isə sözügedən gəminin manevrlərini yaxından izləyəcəyi bildirilib.

Qeyd edək ki, ABŞ və Ukraynanın ev sahibliyi etdiyi və NATO üzvü ölkələrin qatıldığı “Sea Breeze 2021”  hərbi təlimə 28 iyun tarixində start verilib. NATO üzvü 30 qədər ölkənin iştirak etdiyi hərbi təlim  10 İyula qədər davam edəcək. manevrdə 5 min əsgər, 32 gəmi, 40 təyyarə və 18 xüsusi təyinatlı dəstə iştirak edir. Təlim 1997-ci ildən bəri keçirilir.



Әlaqәli Xәbәrlәr