Əfqanıstanda taliban silahlılar ilə hökumət qüvvələri arasında şiddətli qarşıdurma baş verib
Taliban yaraqlıları Əfqanıstanın qərbindəki Badgis əyalətinin bütün qəsəbələrinə nəzarəti ələ keçirib.

Badgis valisi Hüsamettin Şəms mətbuat mənsublarına açıqlamasında bu barədə danışıb. Qeyd edib ki, Taliban yaraqlılar hökumətin nəzarət etdiyi Badgis əlayətinin qəsəbələrinə hücum təşkil edərək bütün rayonlara nəzarəti ələ keçiriblər. Şəms-in məlumatına görə əlayətin mərkəzində hökumət qüvvələri ilə Taliban silahlılar arasında qarşıdurmalar davam edir.
Badgis Şəhər Şurasının nümayəndəsi Əbdül Əziz Bek də açıqlamasında əyalət mərkəzinin bir hissəsi və Badgis həbsxanasının Talibanın nəzarətinə keçdiyini, həbsxanadakı məhbusların sərbəst buraxıldığını, yerli rəhbərlərin qaçmaq üçün Badgis Hava limanına yerləşdiklərini bildirdi.
Qeyd edək ki, Əfqanıstanda sülh prosesi qeyri-müəyyən olaraq qalsa da, təhlükəsizlik qüvvələri ilə Taliban arasında şiddətli qarşıdurmalar davam edir.
Әlaqәli Xәbәrlәr

Taxıl gəmisi İstanbul boğazından keçdi
Ukrayna taxılını daşıyan “Resilient Africa” adlı yük gəmisi İstanbul boğazından keçib.