İsrail və BƏƏ arasında münasibətlərin normallaşması üçün ilk addım atıldı

İsrail Xarici İşlər Naziri Yair Lapid Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərə gedib.

1666733
İsrail və BƏƏ arasında münasibətlərin normallaşması üçün ilk addım atıldı

Yair Lapid, İsrail və BƏƏ arasında münasibətlər normallaşdıqdan sonra Əbu-Dabini ziyarət edən ilk İsrail naziri olub.

İsrail Xarici İşlər Naziri Yair Lapid, 2 günlük səfəri çərçivəsində BƏƏ Xarici işlər naziri Abdullah İbn Zayed Al Nahyan ilə görüşəcək. İsrailin Əbu-Dabi səfirliyi və Dubay konsulluğunun rəsmi açılış mərasiminə qatılacaq.

Xatırladaq ki, İsrail və BƏƏ arasında münasibətlərin normallaşdırılmasına dair müqavilə 15 sentyabr 2020-ci ildə Ağ Evdə imzalanıb.



Әlaqәli Xәbәrlәr