Bu ölkədə motosiklet istifadəsinə qadağa qoyuldu

Əfqanıstanın paytaxtı Kabildə motosiklet istifadəsinə müvəqqəti qadağa qoyuldu.

1666114
Bu ölkədə motosiklet istifadəsinə qadağa qoyuldu

Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen mətbuata açıqlamasında bu barədə danışıb. O qeyd edib ki, Paytaxt Kabil və qəsəbələrində motosiklet sürmək müvəqqəti qadağan edilib. Xalqın qərara riayət edərək təhlükəsizlik qüvvələrinə dəstək olmalarını gözlədiklirini ifadə edən Ayren əks təqdirdə motosikllərin müsadirə ediləcəyini bildirdi.

Konkret  məlumat  verilməsə  də qadağa  qərarının təhlükəsizlik təhdidlərinin  artması  səbəbindən  qəbul  edildiyi təxmin edilir.

Qeyd edək ki, Əfqanıstanda sülh prosesi qeyri-müəyyən qalsa da, Taliban hücumları davam edir. 21 iyun tarixində Taliban ölkənin şimalındakı Bəlx vilayətinin Dövlət Abad, Şölgərə və Kişindeh qəssəbələrinə nəzarəti ələ keçirdi. Elə ki, son 2 ayda Talibanın nəzarətinə keçən qəsəbə sayı 45-i ötüb.

Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, Taliban şəhər mərkəzləri istisna olmaqla ölkə ərazisinin 50%-70%-nə nəzarət edir.



Әlaqәli Xәbәrlәr