Bayhitan Su elektrik stansiyası elektrik istehsalına başladı

Çinin cənub-qərbindəki nəhəng Bayhitan Su Elektrik Stansiyası elektrik enerjisi istehsalına başladı.

1666090
Bayhitan Su elektrik stansiyası elektrik istehsalına başladı

Çin-in dövlət televiziya kanalı bu barədə məlumat yayıb. Bildirib ki, Yanqzi çayının bir qolunda yerləşən elektrik stansiyasında ilk iki turbin 3 günlük sınaqdan sonra rəsmi olaraq işə salınacaq.

Bayhitan Su Elektrik Stansiyasında elektrik enerjisi istehsalı başlayarkən, layihənin 2022-ci ilin iyul ayında tamamlanması gözlənilir. Layihənin sonunda 16 blokdan ibarət olacaq elektrik stansiyası, Yanqzi çayı üzərindəki Üç Boğaz bəndindən sonra ikinci hidroelektrik enerjisi istehsal potensialına sahib olacaqdır. 4 ildə inşa edilən və Çinin ən nəhəng layihələrindən biri olan Bayhitan Su Elektrik Stansiyasının anbar hündürlüyü 289 metrdir.

 



Әlaqәli Xәbәrlәr