“İştirakın 48 faiz olmasına üzüldük, amma…” H.Ruhani

Paytaxt Tehrandakı Nazirlər Kabineti yığıncağından sonra H.Ruhani deyib...

1663280
“İştirakın 48 faiz olmasına üzüldük, amma…” H.Ruhani

 

  İran prezidenti Həsən Ruhani 18 iyundakı seçkilərdə iştirakın 48 faiz olmasına üzüldüyünü bildirərək bunun bir daha təkrarlanmamasına ümid etdiyini söylədi.

  Paytaxt Tehrandakı Nazirlər Kabineti yığıncağından sonra H.Ruhani deyib: 13-cü prezident seçkilərində iştirakın 58, ya 68 deyil, 48 faiz olmasına üzüldük. 48 faiz iştirak tariximizdə bir daha təkrar olmamalıdır. Sonrakı seçkilərdə bunu kompensasiya etməliyik. Problem varsa, onu tapmalıyıq. Amma məncə, problemin nə olduğu açıqdır: bu iştirak nisbətinin Amerika Birləşmiş Ştatlarının sanksiyaları ilə bağlı olduğunu düşünürəm.

  “Həyat şərtləri ağırlaşdığı üçün xalq səs vermək istəmədi” kimi səbəblər saymayaq. Sistan-Belucistandakı camaatın problem və əziyyəti daha ağırdır. Lakin orada iştirak yüksək idi. İştirakın aşağı olduğu şəhərlərdə isə dolanışıq və həyat şərtləri yaxşıdır. Bəs xaricdə niyə iştirak az oldu? Orada da həyat şərtləri pis idi?

  İştirakla əlaqədar əsassız səbəblər uydurmağı kənara qoymaq lazımdır. Ölkənin iqtisadi problemləri və yeni tip koronavirus (Covid-19) qədər namizədlərin veto edilməsi də bunda rol oynayır.

  ABŞ və Avstriyada müzakirələr oldu və mühüm məsələlər həll edildi. Əgər istəsələr, bu gün belə dərhal İran Müzakirə Heyətinin məsulu Arakçiyə lazımlı səlahiyyətləri verək və getsin müqaviləni bağlasın, sanksiyalar aradan qalxsın."



Әlaqәli Xәbәrlәr