Suriyada Bəşər Əsəd rejimi qüvvələri İdlibə hücum edib, bir nəfər ölüb

İdlib Deeskalasiya Bölgəsi sərhədləri daxilindəki yaşayış məntəqələrinə edilən hücumlarda dinc vətəndaşlardan biri şəhid olub, iki nəfər isə yaralanıb.

1662833
Suriyada Bəşər Əsəd rejimi qüvvələri İdlibə hücum edib, bir nəfər ölüb

Suriyada Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi xarici terror qruplarının İdlib Deeskalasiya Bölgəsi sərhədləri daxilindəki yaşayış məntəqələrinə etdiyi hücumlarda dinc vətəndaşlardan biri şəhid olub, iki nəfər isə yaralanıb.

Əsəd rejimi ordusu və İranın dəstəklədiyi xarici terror qruplaşmalarından ibarət rejim qüvvələri gün ərzində İdlibin cənubundakı Eriha qəsəbəsi, İhsim, Bara, Kensafra və Urim əl-coz kəndləri və Həmanın qərb çölündəki Kefernuran və Ebzimo kəndlərini qurudan-quruya atəş edən silahlarla vurub.

Suriya Mülki Müdafiə (ağ dəbilqəlilər) İdarəsinin media üzrə məsulu Həsən əl-Əhməd İdlibin cənubundakı Mıntıf kəndinə edilən hücumda bir qadının öldüyünü söyləyib.

Mülki Müdafiə qruplarının hadisə yerinə gəldiyini ifadə edən Əhməd yaralı bir qadın və bir uşağın da yaxınlıqdakı xəstəxanalara aparıldığını bildirib.



Әlaqәli Xәbәrlәr