“Rusiyada “Covid-19”la bağlı vəziyyət pisdir”, D.Peskov

Dmitri Peskov sözügedən mövzu ilə bağlı deyib

1662210
“Rusiyada “Covid-19”la bağlı vəziyyət pisdir”, D.Peskov

 

  Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov ölkədə “Covid-19” epidemiyası ilə bağlı vəziyyətin pis olduğunu söyləyib.

  D.Peskov sözügedən mövzu ilə bağlı deyib: "Rusiyada epidemiya ilə bağlı vəziyyət həqiqətən çox pisdir. “Covid-19”a qarşı peyvənd və təkrar peyvənd vacibdir.

  Ölkə başçısı Vladimir Putinə ölkədəki epidemiya vəziyyətilə bağlı ardıcıl hesabat təqdim edilir”.

  Qeyd edək ki, Rusiyanın səhiyyə naziri Mixail Muraşko da ölkənin 65 bölgəsində “Covid-19”a yoluxma hallarının artdığına diqqəti çəkərək: "Əhalisi sıx olan böyük şəhərlərdə ciddi təhlükəsizlik tədbirləri görülməldidir. Ölkədə “Covid-19”un yeni növlərinə rast gəlinib və bunlar vəziyyəti pisləşdirir. Xəstəxanalarda “Covid-19” xəstələri üçün yataq sayı artırılmalıdır.”



Әlaqәli Xәbәrlәr