İranda Buşehr nüvə stansiyasının fəaliyyəti dayandırılıb

İranın Buşehr vilayətindəki nüvə stansiyasının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

1662008
İranda Buşehr nüvə stansiyasının fəaliyyəti dayandırılıb

İran Elektrik Enerjisi şirkətinin baş direktorunun müavini Qulaməli Rəhşanimehr dövlət televiziyasına açıqlamasında bu barədə danışıb. O qeyd edib ki, Buşehr nüvə stansiyasının fəaliyyəti bir sıra səbəblərə görə müvəqqəti olaraq dayandırılıb. Obyekin istismarının dayandırılması səbəbi barədə məlumat verməyən Rahşanimehr, elektrik enerjisi istehsalının 1000 meqavat azalacağını və bunun isə elektrik enerjisinin kəsilməsinə səbəb ola biləcəyini bildirdi. Rahşanimehr, həmçinin deyib ki, kriptovalyuta mədənçiləri Tehranın istehlak etdiyi elektrik enerjisinin demək olar ki 50%-i qədər elektrik istehlak edirlər. Bu səbəbdən keçən həftə 3.000-dən çox kriptovalyuta istehsal edən cihaz müsadirə edilib.



Әlaqәli Xәbәrlәr