Avropa İttifaqı Rusiyaya sanksiyaların müddətini uzatdı

Aİ Şurasının Rusiyanın Krım və Sivastopolu qeyri-qanuni ilhaqı səbəbiylə tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə görə verdiyi qərarrına əsasən....

1662047
Avropa İttifaqı Rusiyaya sanksiyaların müddətini uzatdı

 

  Avropa İttifaqı Krım və Sivastopolun qeyri-qanuni ilhaqına görə Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini daha 1 il uzatma qərarı verdi.

  Aİ Şurası Rusiyanın Krım və Sivastopolu qeyri-qanuni ilhaqı səbəbiylə tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərin 23 iyun 2022-ci ilə qədər uzadıldığını açıqladı.

  Qərara görə,

  • Uzadılan sanksiyalarla Aİ vətəndaşları və şirkətlərinin Krım və Sivastopol bölgələrindəki fəaliyyətləri məhdudlaşdırılır;
  • Krım və Sivastopoldan da Aİ ölkələrinə məhsul idxalatına icazə verilmir;
  • Aİ vətəndaşları və şirkətləri Krım və Sivastopola sərmayə qoya və maliyyə xidməti göstərə bilməz;
  • Sözügedən bölgələrə nəqliyyat, telekommunikasiya və enerji sektorlarında istifadə edilən məhsul və texnologiyalar ixrac edilə bilməz;
  • Xüsusilə neft, təbii qaz və mədən axtarışı və istehsalı ilə bağlı texnologiya təmin edilə və texniki dəstək verilə bilməz.

  Xatırladaq ki, Rusiya 2014-cü ilin martından Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərini qeyri-qanuni olaraq ilhaq edib. Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqində baş verən hadisələrdən sonra Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və bir ölkələr tərəfindən Rusiyaya sanksiya tətbiq olunur.  



Әlaqәli Xәbәrlәr