İranda 13-cü prezident seçkiləri keçirilir

İran Daxili işlər Nazirliyi Mərkəzi Seçki Komissiyasının məlumatına görə

1660558
İranda 13-cü prezident seçkiləri keçirilir

 

  18 iyunda İranda 13-cü prezident seçkiləri keçirilir.

  İran Daxili işlər Nazirliyi Mərkəzi Seçki Komissiyasının məlumatına görə, təxminən 83 milyon əhalisi olan ölkədə 59 milyon 310 min 307 seçici səs verə biləcək.

  Seçki nəticələriylə əlaqədar ilk məlumat gecə açıqlanacaq, ertəsi gün günortaya qədər isə dəqiq nəticə elan ediləcək.

  Prezidentliyə namizədlikləri təsdiqlənən 7 nəfərdən - Mühafizəkar Partiyadan millət vəkili Əli Rza Zakani, Milli Təhlükəsizlik Mərkəzi Şurasının sabiq baş katibi və nüvə işləri üzrə baş müşavir Səid Cəlili və sabiq vitse-prezident, İslahatçı Partiyadan Möhsün Mihrəlizadə seçki yarışından geri çəkiliblər.

  Mühafizəkar Partiya namizədləri - İnqilab Gözətçiləri Ordusunun sabiq baş komandiri və Nizam Məsləhət Şurasının baş katibi Möhsün Rzayi, millət vəkili Əmir Hüseyn Kadızadə Haşimi, Mühakimə Şurasının sədri İbrahim Rəisi və İslahatçı Partiyadan sabiq Mərkəzi Bank idarə heyətinin sədri Əbdünnasir Himməti prezident adı üçün mübarizə aparırlar.

  İranda prezident seçkiləri 4 ildən bir keçirilir və bir nəfər ən çox 2 dəfə dalbadal seçkiyə gedə bilər. Mövcud ölkə başçısı Həsən Ruhani 2 dövr prezident vəzifəsini icra etdiyi üçün bu dəfə namizəd olmayıb.

  Namizədlərin birinci mərhələdə seçilməsi üçün 50+1 səs toplaması lazımdır. İlk mərhələdə kifayət qədər səs toplaya bilməyən 2 namizəd ikinci mərhələyə keçir və burada qazanan ölkənin 8-ci preizdenti olur.



Әlaqәli Xәbәrlәr