BMT-yə borcunu ödəyən İran yenidən səsvermə hüququ qazandı

İran BMT-yə ödəmək məcburiyyətində olduğu maliyyə dəstəyini gecikdirdiyinə görə itirdiyi səsvermə hüququnu borcunu ödədikdən sonra təkrar qazandı.

1656421
BMT-yə borcunu ödəyən İran yenidən səsvermə hüququ qazandı

İran BMT-yə ödəmək məcburiyyətində olduğu maliyyə dəstəyini gecikdirdiyinə görə itirdiyi səsvermə hüququnu borcunu ödədikdən sonra təkrar qazandı.

BMT Nizamnaməsinin 19-cu maddəsinə görə, bir ölkənin quruma olan borcu son 2 ildə verdiyi ödənişdən çoxdursa, bu ölkənin BMT Baş Assambleyasında səsvermə hüququ dayandırılır.

BMT Baş Katibinin sözçülərindən olan Farhan Haq, İranın BMT-yə olan üzvlük haqqı borcunu ödədiyini açıqlayıb.

BMT-yə 65 milyon dollardan çox üzvlük haqqı borcu olan İran BMT Baş Assambleyasında səsvermə hüququnu bərpa etmək üçün lazım olan minimum 16 milyon dollar ödəmə reallaşdırıb və səsvermə hüququnu geri qazanıb. 

İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi  isə, "Twitter" hesabından verdiyi açıqlamada ölkəsinin ABŞ-ın qanunsuz sanksiyaları səbəbindən BMT-yə borclarını ödəyə bilmədiyini vurğulayıb.

Məcid Taxt-Rəvançi "ABŞ-ın qanunsuz sanksiyaları xalqımızı yalnız dərmanlardan məhrum etmədi, həm də İranın BMT-yə borcunu ödəməsinə də mane oldu. 6 aydır bu məsələ üzərində işləyirik və BMT borcunu aldığını elan etdi. Bütün qeyri-insani sanksiyalar dərhal qaldırılsın" deyə bildirib.



Әlaqәli Xәbәrlәr