İran Atlantik okeanına filo göndərib

İran "Mekran" döyüş gəmisi və yerli  hərbi gəmi "Sehend" gəmisindən ibarət 77-ci donanmanı Atlantik okeanına göndərdiyini açıqlayıb.

1655640
İran Atlantik okeanına filo göndərib

İran "Mekran" döyüş gəmisi və yerli  hərbi gəmi "Sehend" gəmisindən ibarət 77-ci donanmanı Atlantik okeanına göndərdiyini açıqlayıb.

İran Ordusu Koordinasiya köməkçisi və keçmiş Hərbi Dəniz Donanmanın admiralı Həbibullah Seyyari, dövlət televiziyasında verdiyi açıqlamada 77-ci donanmanı 10 mayda göndərdiklərini söyləyib.

"Mekran" döyüş gəmisi və İran istehsalı "Sehend" hərbi gəmisindən ibarət 77-ci donanmanın heç bir ölkənin limanında dayanmadan Atlantik okeanına çatdığını söyləyən Seyyari beynəlxalq dəniz qanunlarına görə sərbəst sularda olduqlarını bildirib.

Seyyari ölkənin cənubundakı Fars körfəzində yerləşən Hörmüzqan əyalətinin mərkəzi olan Bəndər Abbas Limanından yola çıxan donanmanın 12 min kilometr məsafəni qət etdikdən sonra və Atlantik okeanına 30 gündə çatdığını dilə gətirib.



Әlaqәli Xәbәrlәr