Monqolustanın yeni prezidenti Uxnaaqiyn Xurelsux oldu

Hakim Monqol Xalq Partiyasının sədri və ölkənin keçmiş Baş Naziri Uxnaaqiyn Xurelsux Monqolustanın yeni prezidenti seçilib.

1655374
Monqolustanın yeni prezidenti Uxnaaqiyn Xurelsux oldu

Monqolustan Seçki komitəsinin açıqladığı nəticələrə görə, Uxnaaqiyn Xurelsux,  1 milyon 75 min seçicidən 820 min-dən çoxunun səsini qazanıb.

52 yaşlı yeni prezident bildirib ki, Monqolustan üçün əlindən gələni edəcək: "İnsanlar mənə etimad göstərdilər və mən Monqolustan üçün əlimdən gələni edəcəyəm”.

Səsvermənin nəticələrinə görə, ikinci yerdə 242 692 səslə (20,1 %) “Doğru insan – elektorat” koalisiyasından Danqaasurenqiyn Enxbat olub.

Demokrat Partiyasını təmsil edən Sodnomzunduyn Erdene isə seçkilərdə 72 394 səs (6,0 %) toplayıb.

Ölkədə seçici aktivliyi 52,69 faiz olub.

Qeyd edək ki, Monqolustanda 2019-cu ildə konstitusiyaya edilən dəyişikliyə görə prezidentin səlahiyyət müddəti 6 ildir.



Әlaqәli Xәbәrlәr