Türkiyə, Rusiya və BMT nümayəndələri Moskvada Liviyanı müzakirə etdi

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda yazılır...

1654100
Türkiyə, Rusiya və BMT nümayəndələri Moskvada Liviyanı müzakirə etdi

 

  Türkiyə, Rusiya və Birləşmiş Millətlər Təşkilatı səlahiyyətliləri Rusiyanın paytaxtı Moskvada Liviya məsələsini müzakirə etdilər.

  Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda yazılır: “Rusiya Prezident Aparatı Orta Şərq və Afrika Departamentinin xüsusi nümayəndəsi və xarici işlər nazir müavini Mixail Boqdanov, Türkiyə xarici işlər nazir müavini Sedat Önal və BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Yan Kubiş (Jan Kubis) 7 iyunda Moskvada bir araya gəldilər.

  Liviya məsələsinin müzakirə olunduğu bu görüşdə ölkədə müvəqqəti hökumətin 24 dekabrda keçirəcəyi seçkilərə dəstək üçün BMT himayəsində beynəlxalq cəhdlərin gücləndirilməli olduğu vurğulandı.

  Söhbət zamanı Almaniyanın paytaxtı Berlində 23 iyunda nazirlər səviyyəsində olacaq yığıncaqdan əvvəl Liviyadakı vəziyyətə bağlı ortaq yanaşma təsdiq edildi”.



Әlaqәli Xәbәrlәr