Əfqanıstanda daha iki rayon taliban silahlıların nəzarətinə keçdi

Taliban Əfqanıstanın Qor və Uruzqan vilayətlərində iki rayona nəzarəti ələ keçirib.

1653157
Əfqanıstanda daha iki rayon taliban silahlıların nəzarətinə keçdi

Qor valisi Əbdül Zahir Faizzadə bu barədə açıqlama verib. Qeyd edib ki, Taliban silahlıların Qor vilayətinin Şahrek qəsəbəsinə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin rayon mərkəzindən çıxmaları ilə rayona nəzarət Talibanın əlinə keçib. Faizzadə bildirib ki, rayona nəzarəti geri almaq üçün əməliyyat hazırlıqları aparılır.

Uruzqan icra kakimiyyətinin sözçüsü Ömər Şirzad da qeyd edib ki, Taliban silahlılar Gizab qəsəbəsinə hücum edərək rayon mərkəzinə nəzarəti ələ keçiriblər.

Talibandan yayılan açıqlamada isə Gizab qəsəbəsinə hücum zamanı 65 təhlükəsizlik işçisinin silahlılara təslim olduğu irəli sürülüb.



Әlaqәli Xәbәrlәr