Pakistanda polis maşınına hücum, ölənlər var

Pakistanın paytaxtı İslamabadda naməlum şəxslər polis maşınına hücum təşkil ediblər.

1651634
Pakistanda polis maşınına hücum, ölənlər var

Pakistan İslamabad Polis idarəsindən hadisi ilə əlaqəli məlumat yayılıb. Bildirilib ki, polis maşınına naməlum şəxslər tərəfindən atəş edilib. Nəticədə iki poliş işçisi həyatını itirib.

Pakistan Daxili işlər naziri Şeyx Rəşid Əhməd də paytaxtda terror fəaliyyətlərinin artdığına diqqət çəkdiyi açıqlamasında dünən axşam iki polis məmurunun şəhid edildiyini, 2018-ci ildən bu yana paytaxtda öldürülən polis məmuru sayının 9-a çatdığını qeyd edib. Əfqanıstan mənşəli hücumları dayandırmaq üçün İran-Pakistan sərhəddində olduğu kimi bu sərhəddə də məftil divar inşa edildiyini bunun yaxın zamanda tamamlanacağını qeyd edib. Polis maşınına hücumun terror hadisəsi olub olmadığının araşdırıldığını bildirib.



Әlaqәli Xәbәrlәr