"İran "Covid-19"a qarşı peyvənd istehsal edən 7 ölkədən biridir", M.Möhrazi

Bu sözləri peyvənd hazırlaması ilə məşğul olan alimlərdən ibarət elmi-tədqiqat qrupunun üzvü xanim Minə Möhrazi deyib

1648581
"İran "Covid-19"a qarşı peyvənd istehsal edən 7 ölkədən biridir", M.Möhrazi

 

  "İran artıq 1 milyon doza “Kov İran Barakat” peyvəndi istehsal edib və cari ilin sonuna kimi 18 milyon doza peyvənd istehsal edərək əhalini təmin edəcək", bu sözləri peyvənd hazırlaması ilə məşğul olan alimlərdən ibarət elmi-tədqiqat qrupunun üzvü xanim Minə Möhrazi deyib. O bildirib ki, İran istehsalı olan peyvənd öz səmərəliliyi ilə seçilir. Onun tətbiqi zamanı xəstənin sağalma ehtimalı çox yüksəkdir. Bu, kliniki sınaqlarda da təsdiq edilib.

  M.Möhrazi nəzərə çatdırıb ki, elmi-tədqiqat qrupu hazırda koronavirusa qarşı yeni peyvəndin hazırlanması üzərində iş aparır. Artıq İran "Covid-19"a qarşı peyvənd istehsal edən 7 ölkədən biridir.

  İranın Səhiyyə Nazirliyi virusun yayılması barədə açıqlamasında bildirib ki, son 24 sutka ərzində 8 min 876 nəfər virusa yoluxub, 198 nəfər isə yoluxaraq həyatını itirib. Bununla da İranda yoluxanların ümumi sayı 2 milyon 902 min 94 nəfərə, yoluxaraq ölənlərin sayı isə 79 min 939-a çatıb. Eyni zamanda, xüsusi xəstəxanalarda müalicə alan 2 milyon 441 min 528 nəfər sağalaraq evə buraxılıb. Yoluxma və ölüm hallarında tədricən azalma müşahidə edilir.



Әlaqәli Xәbәrlәr