Azərbaycan sərhədçilərinə atəş açan İran vətəndaşının kimliyi müəyyənləşib

Azərbaycan sərhədçilərinə atəş açan İran vətəndaşının kimliyi müəyyənləşib, cinayət işi başlanılıb

1640035
Azərbaycan sərhədçilərinə atəş açan İran vətəndaşının kimliyi müəyyənləşib

Azərbaycanın iki hərbi qulluqçusu İran-Azərbaycan sərhədində atışma nəticəsində şəhid olub.

Mayın 15-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu­nun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.

Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisə yerində təxminən 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.

Digər tərəfdən, Azərbaycan sərhədçilərinə atəş açan İran vətəndaşının kimliyi müəyyənləşib.

Bu barədə Azərbycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qanunsuz olaraq keçərkən DSX-nın əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara odlu silahdan atəş açıb və nəticədə xidməti vəzifələrini icra edən baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olublar.

Keçirilən əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb,



Әlaqәli Xәbәrlәr