Mustafa Kazımi seçkilərdə namizəd olmayacaq

İraqın Baş naziri Mustafa əl-Kazımi oktyabr ayında keçirilməsinə qərar verilən erkən seçkilərdə namizəd olmayacağını bəyan edib.

1639279
Mustafa Kazımi seçkilərdə namizəd olmayacaq

İraqın Baş naziri Mustafa əl-Kazımi oktyabr ayında keçirilməsinə qərar verilən erkən seçkilərdə namizəd olmayacağını bəyan edib. 

Kazımi Ramazan bayramı və rəhbərlik etdiyi hökumətinin vəzifə müddətinin üzərindən bir il keçməsi münasibətilə televiziyadan səslənib.

Hökümətə rəhbərliyi istisnai şərtlərdə təhvil aldığını ifadə edən Kazımi deyib:

“İraq sosial böhran səbəbiylə yolayrıcında idi. Bizim vəzifəmiz şəffaf və ədalətli bir seçki zəmini yaratmaq idi və erkən seçki tarixini 10 oktyabr olaraq təyin etdik".

Oktyabr ayında keçirilməsinə qərar verilmiş seçkilərin təhlükəsizliyini təmin etmək məsuliyyətini yerinə yetirəcəklərini qeyd edən Kazımi seçkilərdə namizəd olub-olmayacağına dair suallara və müzakirələrə də toxunaraq bunları söyləyib:

"Xalqımıza verdiyim vədi yerinə yetirərək, seçkilərdə namizəd olmayacağam və heç bir siyasi partiyaya dəstək olmayacağam".

İraqın baş naziri terror təşkilatı DEAŞ ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə etdiklərini və terror təşkilatına qarşı əməliyyatların davam edəcəyini ifadə edib.

2019-cu ilin oktyabr ayında qeyri-kafi dövlət xidməti, işsizlik və korrupsiya səbəbiylə keçerilən nümayişlərdə iştirak edənlərin qətlindən məsul olanların axtarışının davam etdiyini bildirən Kazımi istintaq başa çatdıqdan sonra günahkarların elan ediləcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr