Qəzza zolağına növbəti dəfə hava zərbələri endirildi

İsrail ordusu işğal altındakı Qəzza zolağının müxtəlif nöqtələrinə hava zərbələri endirdi.

1637936
Qəzza zolağına növbəti dəfə hava zərbələri endirildi

İsrail qırıcıları, Qəzzanın şimalında yerləşən Həmasın hərbi qanadı İzzeddin Qassam Briqadalarına məxsus səngər ilə əkinçilik ərazilərinə bomba yağdırıblar.

Bölgədən əldə edilən məlumata görə İsrail Qırıcıları Qəzzanın cənubundakı Xan Yunis şəhərində boş bir ev də daxil olmaqla üç nöqtəni hədəfə götürüblər. Bombalanan ev boş olduğu üçün itki qeydə alınmayıb.

Qəzzanın şimalındakı Beyt Hanun şəhərində isə dinç sakinlərin qaldıqları əraziyə aviazərbələr təşkil edilib. Hücum nəticəsində insan itkisinin olub-olmadığına dair açıqlama verilməyib.

İsrail ordusu ölkənin cənubunda sirenlərin çalmağa başladığını, hava qüvvələrinin Qəzza zolağından raket atmağa çalışılan bir nöqtə ilə Həmasa aid kəşfiyyat mərkəzinə hücum təşkil etdiyini bildirib. Ordu daha əvvəl də Qəzzadan 200-dən çox raket atıldığını, bu səbəbdən Həmasa məxsus 130 hədəfin bombalandığını irəli sürmüşdü.

Həmasın hərbi qanadı İzzeddin Qassam Briqadaları da Askalan şəhərinə raket hücumu edildiyini açıqlayıb.

Qeyd edək ki, ötən gecə İsrailin Qəzzaya etdiyi hücumlarda şəhid sayı 24-ə çatıb. 103 nəfər yaralanıb. Həyatını itirən fələstinlilərdən 9-u uşaq olub. Fələstinlilər dünən axşam İsrail polisinin Məscidül-Əqsada keşik çəkənlərə hücumuna etiraz məqsədi ilə ölkənin bir çox yerində nümayişlər təşkil etdilər. Nümayişlərə qatılan fələstinlilərdən 98-i nəzarətə götürülüb.

 



Әlaqәli Xәbәrlәr