Dünya Futbol ulduzlarından Fələstinə dəstək

Məşhur futbolçular Kriştiano Ronaldo və Messi başda olmaqla ulduz oyuncular Fələstin xalqına dəstək olub.

1637818
Dünya Futbol ulduzlarından Fələstinə dəstək

Paul Pogba, Riyad Mahrez, Əşrəf Hakim, Mahmud Trezequet, Musa Marega, Franck Ribery, Shkodran Mustafi də İsrailin Məscidül-Əqsada Fələstinlilərə hücumuna reaksiya verib.

Sosial media hesablarında İsrail hücumlarını qınayan oyunçular, mesajlarını “Azad Fələstin”, “Şeyx Cərrahı qoru” başlıqları ilə açıqlama veriblər. Dünyanda sülh və sevgiyə zərurət olduğuna diqqət çəkiblər.

Aston Villa-da oynayan Misirli futbolçu Mahmud Trezeguet, İnstaqram hesabında “Tanrım Fələstini və Fələstinliləri qoru" sözləri ilə paylaşdığı açıqlamasında İsraili qınayıb.

Portuqaliyalı futbolçu qızıl butsularını Qəzzada zərər çəkmiş insanlara dəstək olmaq üçün verib.1.4 milyon dollar həcmində olan butsuların satışından əldə olunacaq pula Qəzzada partlayış zamanı dağılmış məktəblər yenidən tikiləcək. Bununla da Ronaldo Fələstin xalqına olan dəstəyini nümayiş etdirib.

 Argentinalı ulduz Lionel Messi də əlində tutduğu "Azad Fələstin" yazılı köynəklə şəkil çəkdirib və Fələstinə mənəvi dəstək verdiyini sübüt edib.

 



Әlaqәli Xәbәrlәr