Afrində təşkil edilən terror hücumunda 5 uşaq yaralanıb

Suriyanın şimalında müxaliflərin nəzarəti altında olan Afrin bölgəsində minalanmış bir avtomobil tərəfindən həyata keçirilən terror hücumunda 5 uşaq yaralanıb.

1634825

"Zeytun budağı" əməliyyatı ilə terrordan təmizlənən Afrinin qəsəbə mərkəzində park edilmiş bir maşına qoyulmuş bombanın iftar saatlarında partladılması nəticəsində maşının ətrafında oynayan 5 uşaq yaralanıb.

Yaralıların bölgədəki xəstəxanalara aparıldığı, partlayışın ətrafda maddi ziyana səbab olduğu bildirilib.

Hücumla əlaqədar istintaq başlatan təhlükəsizlik qüvvələri hücumun terror təşkilatı YPG/PKK tərəfindən həyata keçirildiyi üzərində dayanır.

Afrin rayon mərkəzi 18 mart 2018-ci il tarixində "Zeytun budağı" əməliyyatı çərçivəsində terror təşkilatı YPG/PKK-dan xilas edilmişdi.

Әlaqәli Xәbәrlәr