Tel Abyadda hücum törәdilib, yaralananlar var

Suriyanın şimalındakı Tel Abyad qәsәbәsindә törәdilәn bombalı hücum nәticәsindә dörd mülki vәtәndaş xәsarәt alıb.

1632542
Tel Abyadda hücum törәdilib, yaralananlar var

Suriyanın şimalındakı Tel Abyad qәsәbәsindә törәdilәn bombalı hücum nәticәsindә dörd mülki vәtәndaş xәsarәt alıb.

Mәlumata görә, hücum Tel Abyad qәsәbәsinin cәnub-şәrqindә yerlәşәn Suluk bölgәsindә törәdilib.

Minalanmış motosikletlә törәdilәn terror hücumu nәticәsindә dörd mülki vәtәndaş xәsarәt alıb.

Hadisә yerindә araşdırma aparan tәhlükәsizlik qüvvәlәri hücumun separatçı terror tәşkilatı YPG/PKK tәrәfindәn törәdilmiş ola bilәcәyini istisna etmәyib.

Qeyd edәk ki, Suriyanın şimalındakı Tel Abyad qәsәbәsi vә Suluk bölgәsi 2019-cu ilin aktyabr ayında keçirilәn ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı nәticәsindә terrorçulardan tәmizlәnmişdi.

Ayn İsa vә Tel Temır  bölgәlәrindәki mövcudluğunu davam etdirәn terror tәşkilatı YPG/PKK vaxtaşırı Tel Abyad qәsәbәsini hәdәf alır.



Әlaqәli Xәbәrlәr