Əfqanıstanda polis idarəsi müdirinin maşın karvanına hücum təşkil edilib

Əfqanıstanın Herat vilayətində Gülran polis idarəsinin müdirinin avtomobilinə hücum təşkil edilib.

1628432
Əfqanıstanda polis idarəsi müdirinin maşın karvanına hücum təşkil edilib

Herat valisi Sayed Vahid Katali hadisə ilə bağlı açıqlamasında, Gülran qəsəbəsində polis idarəsi rəhbərinin avtomobilinə təşkil edilən hücum nəticəsində müdir və qəsəbənin keçmiş mülki idarə əmiri ilə yanaşı  daha bir nəfər həyatını itirib. Hücuma görə misuliyyəti üzərinə götürən olmayıb.

Qeyd edək ki, son zamanlar ölkə ərazilərində artmağa başlayan sui-qəsd cəhdlərində jurnalistlər, aktivistlər, din alimləri, dövlət məmurları və təhlükəsizlik qüvvələri hədəfə götürülür. Əfqanıstan hökuməti hücumlarla əlaqəli Taliban-ı günahlandırır.



Әlaqәli Xәbәrlәr