İsrail polisi aksiya keçirən fələstinlilərə sərt müdaxilə edib

İsrail polisi Yaffa şəhərində  hökumətin  təzyiqlə  köç  etdirmə  planına  etiraz  məqsədiylə    aksiya  keçirən  fələstinlilərə   sərt  müdaxilə edib.

1624552
İsrail polisi aksiya keçirən fələstinlilərə sərt müdaxilə edib

Bölgədən  əldə  edilən  məlumata görə, Qüdsdən təxminən 55 kilometr qərbdə  yerləşən  Yaffa  şəhərində   ərəblərin  sıx  yaşadıqları  Cəbəliyə məhəlləsindəki  Toloz küçəsində təşkil edilən nümayiş zamanı İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma baş verib. Bazar günü  isə şəhərdən məcburi köçə qarşı   aksiya    keçirən  fələstinlilərdən 3-ü  İsrail polisi tərəfindən tutulub.

İsraildəki ərəb icmasının vəziyyəti ilə məşğul olan Yüksək İzləmə Komitəsi, İsrail polisini Yaffadakı ərəb icmasına qarşı gündəlik hücumlar  həyata  keçirməkdə    günahlandırıb.



Әlaqәli Xәbәrlәr