Rəhman Rəhimi İstanbul sülh konfransının yaxşı fürsət olduğunu bildirib

Əfqanıstan Milli Məclisinin sədri Mir Rəhman Rəhmani 24 apreldə keçirilməsi planlaşdırılan İstanbul sülh konfransının tarixi fürsət olduğunu bildirib.

1624112
Rəhman Rəhimi İstanbul sülh konfransının yaxşı fürsət olduğunu bildirib

Rəhman Rəhmani Parlamentdəki çıxışında İstanbul konfransının ölkədəki müharibəni sona çatdırmaq və Əfqanıstan probleminə sülhpərvər həll yolu tapılmaq baxımından yaxşı fürsət olduğuna diqqət çəkib. O qeyd edib ki, Regional və beynəlxalq mütabiqətin mövcudiyyəti, Milli Sülh Yüksək Şurasının isə keçirilməsi planlaşdırılan İstanbul Sülh Konfransı üçün hazırlıqlar aparması, sülhün bərpası və müharibənin bitirilməsinə dair nikbinliyi gücləndirir, taliban belə bir fürsəti bada verməməlidir.

Konfransda mövcud rəhbərlik sistemin, konstitusiyanın, əldə edilmiş dəyərlərin və azadlıqların qorunmasının bütün tərəflər üçün əhəmiyyətli olduğunu ifadə edən Rəhmani Birləşmiş Millətlər Təşkilatından və nüfuzlu ölkələrdən Talibanın İstanbul konfransında iştirak etməsi üçün lazımlı addımları atmalarını tələb edib.

Xatırladaq ki, 24 Aprel-4 May tarixləri arasında Türkiyə, Qətər və Birləşmiş Millətlər Təşkilatının başçılığında Əfqanıstan tərəfinin iştirakı ilə İstanbulda hərtərəfli və yüksək səviyyəli konfransın keçirilməsi planlaşdırılır.

 



Әlaqәli Xәbәrlәr