İsrail polisinin fələstinli gənclərə müdaxiləsi davam edir

İsrailin işğal etdiyi Şərqi Qüdsdə təravih namazından sonra fələstinli gənclərə bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən sərt müdaxilə edilib.

1623825
İsrail polisinin fələstinli gənclərə müdaxiləsi davam edir

Məlumata görə Məscidül-Əqsada təravih namazını qıldıqdan sonra Şərqi Qüdsdəki İçərişəhərin “Şam Darvazası” yaxınlığında toplaşan fələstinli gənclərə İsrail polisi sərt müdaxilə edib. Bölgədən əldə edilən məlumata görə hadisədə yaralanan olmasa da şənbə günü edilən müdaxilə nəticəsində iki fələstinli gənc yaralanıb.

Qeyd edək ki, Ramazan ayının başlaması ilə İsrail polisi Şam darvazası qarşısında oturulacaq sahələri barrikadalarla bağlayıb. Fələstinli gənclər isə buna etiraz olaraq təravih namazından sonra Şam darvazasında toplaşıblar. İsrail polisinin isə bunun qarşısını almaq üçün ilk gündən başlatdığı müdaxilənin şiddəti artıraraq davam edir.



Әlaqәli Xәbәrlәr