Rusiya 1 milyondan çox MDB vətəndaşını ölkədən çıxarır

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə...

1622915
Rusiya 1 milyondan çox MDB vətəndaşını ölkədən çıxarır

 

  Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovoy Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən olan 1 milyondan çox qeyri-qanuni immiqrantı ölkədən çıxarmağı planlaşdırdıqlarını elan etdi.

  MDB Parlamentlərarası Toplantısında etdiyi çıxışında sözügedən mövzu ilə bağlı A.Qorovoy deyib: “Rusiya torpaqlarında yaşayan qeyri-qanuni çox vətəndaş var. Ölkə prezidenti Vladimir Putinin fərmanına görə, bu adamlara 15 iyuna qədər Rusiyanı tərk etmələri xahiş olunur. Əks təqdirdə, ölkəxarici edilmə və Rusiyaya girişlərinin qadağan olunması ilə cəzalanacaqlar”.

  Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkədə qeyri-qanuni yaşayan, MDB-dən immiqrantların 332 mini Özbəkistan, 247 mini Tacikistan, 152 mini Ukrayna, 120 mini Azərbaycan, 115 mini Qırğızıstan, 61 mini Ermənistan, 56 mini Moldova və 49 mini Qazaxıstan vətəndaşıdır.



Әlaqәli Xәbәrlәr