“İran və bölgə ölkələri Əfqanıstanın 90-cı illərə dönməsinə razı deyil", M.C.Zərif
Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar və Əfqanıstan Milli Təhlükəsizlik Təşkilatının məsləhətçisi Həmdullah Muhibin də qatıldığı onlayn toplantıda çıxış edən M.Zərif deyib...

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Talibanın planı İslam əmirliyinin yenidən qurulmasıdır, amma İran və bölgə ölkələri Əfqanıstanın 90-cı illərə dönməsinə razı deyil" dedi.
İran rəsmi agentliyi İRNA-nın xəbərinə görə, Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar və Əfqanıstan Milli Təhlükəsizlik Təşkilatının məsləhətçisi Həmdullah Muhibin də qatıldığı onlayn toplantıda çıxış edən M.Zərif deyib: "Talibanın planının İslam əmirliyinin yenidən qurulması olduğunu bilirik. Lakin bu plan praktik deyil və bunun üçün ümumi fikir birliyi yoxdur. İran və bölgə ölkələri Əfqanıstanın 90-cı illərə dönməsinə razı deyil."
İranın xarici işlər naziri Əfqanıstandakı barış görüşləri və Amerika Birləşmiş Ştatları əsgərlərinin bu ölkədən geri çəkilməsiylə bağlı da fikrini bildirib: “ABŞ-ın Əfqanıstandan ayrılması müsbət addımdır. Taliban bu fürsəti şiddəti artırmaq üçün istifadə etməməli, hökuməti ilə zaman itirmədən ciddi müzakirələrə getməlidir."
Әlaqәli Xәbәrlәr

Putin və Rəisi arasında telefon danışığı olub
Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi Qarabağı müzakirə edib.