“Rusiya-Türkiyə əlaqələrində heç bir soyuqluq yoxdur”, D.Peskov

Jurnalistlərin Rusiya-Türkiyə uçuşlarının dondurulması və bunun iki ölkə əlaqələrinə pis təsir edə biləcəyilə bağlı verdikləri suala D.Peskov belə cavab verib...

1622889
“Rusiya-Türkiyə əlaqələrində heç bir soyuqluq yoxdur”, D.Peskov

 

  Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov Rusiya-Türkiyə əlaqələrində bir soyuqluq olmadığını söyləyib.

  Jurnalistlərin Rusiya-Türkiyə uçuşlarının dondurulması və bunun iki ölkə əlaqələrinə pis təsir edə biləcəyilə bağlı verdikləri suala D.Peskov belə cavab verib: "Türkiyə ilə əlaqələrimiz inkişaf edir. Turizm qadağası ilə bağlı vəziyyətin ikili münasibətlərlə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə Türkiyədə get-gedə pisləşən epidemiyoloji vəziyyətlə əlaqədardır.

  Türkiyə səlahiyyətlilərinin Rusiya ilə bağlı bu qərarı vətəndaşlarımız üçün narahatlıqdan irəli gəlir və əsl ortaqlıq da budur. Ona görə də bu qərar Türkiyə ilə Rusiya arasındakı münasibətlərdə "soyuqluq" mənasını vermir.

  Türkiyənin qonşu ölkələrlə qurduğu əlaqələr suverenlik haqları çərçivəsindədir. Ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna prezidenti Vladimir Zelenski arasındakı görüşlər iki ölkə arasında ikitərəfli əlaqələrlə bağlıdır.”



Әlaqәli Xәbәrlәr