“Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək”, M.Zaxarova

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden kiber hücum cəhdi və 2020-ci il seçkilərinə müdaxilə ilə əlaqəli 10 Rusiya diplomatının ölkədən xarici ediləcəyini açıqlayıb və...

1622219
“Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək”, M.Zaxarova

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden kiber hücum cəhdi və 2020-ci il seçkilərinə müdaxilə ilə əlaqəli 10 Rusiya diplomatının ölkədən xarici ediləcəyini açıqlayıb və “ABŞ prezident seçkilərinə təsiretmə və kiber hücum cəhdinə görə Rusiyaya sanksiyalar da tətbiq olunacaq” deyib.

  Rusiya əlaqəli olduğundan şübhələnilən kompüter hakerlərinin 2020-ci ilin dekabrında "SolarWinds" adlı proqrama şəbəkə və sistem infrastrukturlarını idarə edən bir proqram yerləşdirdikləri, kodlarla aralarında ABŞ Xəzinə Nazirliyi, Ticarət Nazirliyi və Ədalət Nazirliyinin də olduğu federal təşkilatların kompüter sistemlərinə daxil olduğu ortaya deyilmişdi.

  Bundan əvvəl də ABŞ hökuməti kiber hücuma görə Rusiyanın məsuliyyət daşıdığını bildirmişdi. Hər hansı bir dəlil olmasa da, keçən ay Amerika səlahiyyətliləri Donald Trampın yenindən ABŞ prezidenti seçilməsinə kömək etmək üçün Rusiya prezidenti Vladimir Putinin agentlərinə təlimat verdiyini iddia etmişdilər.

  Diplomatların ölkədən xarici edilməsi və sanksiyalar ABŞ-ın “SolarWinds” əlaqəli kiber hücum cəhdi ilə bağlı Rusiyaya qarşı silsilə hücumlarından biri kimi görünür.  

  Mart ayında ABŞ Rusiya müxalifət başçısı Aleksey Navalnının zəhərlənməsi və həbs olunması ilə bağlı da ölkənin bir sıra yüksək və orta vəzifəli məmurları və dövlət qurumlarına qarşı sanksiya qərarı vermişdi.

  ABŞ Xəzinə Nazirliyi də kiber hücum cəhdi və prezident seçkilərinə müdaxilə səbəbiylə Rusiya iqtisadiyyatını hədəfə alan silsilə sanksiya tətbiq ediləcəyini bildirib.

  2020-ci il ABŞ prezident seçkilərinə müdaxilə cəhdində olduqları iddiası ilə Rusiyanın 32 adam və bir neçə dövlət qurumuna sanksiya qərarına ilk reaksiya Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovadan gəlib. Aprelin 15-ində nazirliyə çağırılan ABŞ səfirinə sanksiyaların iki ölkənin də xalqlarına faydası olmayacağını nəzərə çatdıran Zaxarova deyib: "Rusiya prezidenti Vladimir Putin telefon danışığında ABŞ prezidenti Co Baydenə iki ölkə əlaqələrinin düzəldilməsi tərəfdarı olduğunu bildirdi, amma başqa addımlar atılır. Rusiya sanksiyalara cavab verəcək, bütün məsuliyyəti isə ABŞ daşıyır. Amerika Rusiya ilə əlaqələrin pozulmasının qarşılıqsız qalmayacağını bilməlidir. Biz ABŞ-ı bir neçə dəfə bunun nəticələrilə bağlı xəbərdar etmişik."



Әlaqәli Xәbәrlәr