Әrbil Beynәlxalq Hava Limanına hücum edilib

Bu barәdә İraq Kürd Regional Rәhbәrliyinin tәhlükәsizlik agentliyi mәlumat yayıb.

1621550
Әrbil Beynәlxalq Hava Limanına hücum edilib

 

İraq Kürd Regional Rәhbәrliyindәki  Әrbil Beynәlxalq Hava Limanına raket mәrmisinin atıldığı bildirilib.

Bu barәdә İraq Kürd Regional Rәhbәrliyinin tәhlükәsizlik agentliyi mәlumat yayıb. Mәlumatda hava limanının raketlә hәdәf alındığı bildirilib.
İraq Kürd Regional Rәhbәrliyinin Daxili İşlәr Nazirliyinin verdiyi bәyanatda Әrbil Beynәlxalq Hava Limanında bir partlayış sәsinin eşidildiyi qeyd olunub.

Bәyanatda faktla bağlı araşdırmanın davam etdiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr