Əfqanıstan ABŞ-nın əsgərlərini ölkədən çıxarmaq qərarına münasibət bildirib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) 11 sentyabr tarixinə qədər Əfqanıstandan qoşunlarını tamamilə çıxarmaq qərarı Kabil rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

1621813
Əfqanıstan ABŞ-nın əsgərlərini ölkədən çıxarmaq qərarına münasibət bildirib

Əfqanıstan Prezident administrasiyasından bu barədə açıqlama yıyılıb. Qeyd edilib ki, Əfqanıstan, ABŞ qüvvələrinin ölkədən çıxarılması prosesində lazımi dəstəyi verəcək.

Keçən il Qətərin paytaxtı Dohada ABŞ ilə Taliban arasında sülh müqaviləsi imzalandıqdan sonra Əfqanıstan təhlükəsizlik və müdafiə qüvvələrinin bir çox əməliyyatı müstəqil şəkildə həyata keçirdiklərinə diqqət çəkilən açıqlamada təhlükəsizlik və müdafiə qüvvələrinin ölkəni təhdidlərə qarşı müdafiə edəcək gücə sahib olduğu, mövcud sülh prosesinin Əfqan təhlükəsizlik və müdafiə qüvvələrinin fədakarlıqların nəticəsi olduğu vurğulanıb.

ABŞ və müttəfiqlərinin Əfqanıstan təhlükəsizlik və müdafiə qüvvələrinə dəstəklərinin məhz Əfqanıstan hökumətinə humanitar və inkişaf yardımlarının davam edəcəyinə inamın tam olduğu ifadə edilən şərhdə: “Əfqanıstan İslam Respublikası ABŞ və NATO müttəfiqləri ilə qarşılıqlı maraqlar, etimad və hörmət çərçivəsində sülh prosesi ilə bağlı yeni bir əməkdaşlıq dövrü başlatmağa hazırdır. Əfqanıstan hökuməti, sülh prosesini sürətləndirmək üçün ABŞ və digər müttəfiqlər ilə danışıqlara davam edəcək”.



Әlaqәli Xәbәrlәr