H.Ruhani: “Natanz Nüvə Stansiyasına hücumun arxasında sionistlər var”

İran Prezidenti Həsən Ruhani İsrailin ölkəsinə qarşı atacağı addımlara biganə qalınmayacağını, lazımlı cavabın dərhal veriləcəyini bildirib.

1621137
H.Ruhani: “Natanz Nüvə Stansiyasına hücumun arxasında sionistlər var”

Prezident Həsən Ruhani Nazirlər Kabinetinin paytaxt Tehrandakı iclasından sonra verdiyi açıqlamasında Natanz Nüvə Stansiyasına edilən hücumun arxasında İsrailin olduğuna diqqət çəkərək: “Təhlükəsizlik və kəşfiyyat orqanları hadisə ilə bağlı son hesabatı təqdim etməlidirlər. Əlbətdə ki, bu sionistlərin işidir. Onların İran əleyhinə heç bir adımına biganə qalmayacayıq. Bu idrak etməlidir ki, IR1 santrifüjlərimizi təxrib etsələr IR6-ları işə salarıq. Xain planlarlarla sahib olduğumuz nəhəng texnologiyamızı məhv etmək heç vaxt mümkün olmayacaq”.

Ruhani Natanz Nüvə Təsisində IR6 santrifüjləri aktivləşdirib və uranı 60% zənginləşdirməyə başlayaraq sionistlərin atdıqları addımlara lazımlı cavabın verildiyini də sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr