İranın nüvə obyektinə kiberhücumun arxasında "Mossad"ın dayandığı iddia edilir

Dünən İranın İsfahan şəhərindəki Natanz Nüvə Müəssisəsində baş verən qəza ilə əlaqəli İsrail kəşfiyyat xidməti “Mossad” ittiham edilir.

1619261
İranın nüvə obyektinə kiberhücumun arxasında "Mossad"ın dayandığı iddia edilir

Bu barədə İsrailin "KAN" radio şirkəti kəşfiyyat orqanlarındakı anonim mənbəyə istinadən məlumat yayıb.

Bildirib ki İranın Nətənz şəhərindəki nüvə obyektinə xidmət edən elektrik stansiyasında baş verən insidentin arxasında “Mossad”ın dayandığı irəli sürülüb. İranın vitse-prezidenti isə baş verənləri "nüvə terrorizmi aktı"adlandırıb.

Radionun məlumatında hadisənin İsrail kabinetinin 18 aprel günü İran məsələsini müzakirə etmək üzrə toplanacağı və İranın nüvə razılaşması ilə əlaqəli danışıqlar başda olmaqla bölgədə İranla davam edən gərginliyin müzakirə ediləcəyinə iclasın ərəfəsində baş verməsinə diqqət çəkilib.



Әlaqәli Xәbәrlәr