Bolqarıstanda parlament seçkilərinin yekun nəticələri açıqlandı

Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) Xalq Məclsinə keçirilən seçkilərin yekun nəticələrini açıqlayıb.

1617734
Bolqarıstanda parlament seçkilərinin yekun nəticələri açıqlandı

Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) Xalq Məclisinə keçirilən seçkilərin yekun nəticələrini açıqlayıb.

Nəticələrə əsasən, Demokratik qüvvələrin İttifaqı ilə koalisiyada olan hakim “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı uğrunda” siyasi partiyası (GERB) qalib gəlib.

Partiya parlamentdə 75 millət vəkili ilə təmsil olunacaq. Bolqarıstanın 45-ci Xalq Məclsində (parlament) həmçinin “Belə bir xalq var” Partiyası, “Hüquq və Azadlıqlar uğrunda Hərəkat”, “Demokratik Bolqarıstan”, “Yüksəl. Mafiya rədd ol” vətəndaş platformasının nümayəndələri də təmsil olunacaqlar.

Kommunist mənşəli Rusiyapərəst Bolqarıstan Sosialist Partiyası (BSP) 43, millət vəkilinin əksəriyyəti Türk olan Hüquq və Azadlıqlar Hərəkatı (HÖH) 30 millət vəkilini parlamentə göndərdi.

Ölkədə qeydə alınan 6 milyon 789 min 605 seçicidən 3 milyon 334 min 283-ü səs verib.

Nəticələr göstərdi ki, heç bir siyasi partiya tək başına bir hökumət qura bilməyək.

Yeni kabinetin parlamentdən etimad alması üçün ən az 121 millət vəkilinin dəstəyi lazımdır.

Növbəti ay yeni parlament işinə başlayacaq və hazırki hökumət istefa verəcək.



Әlaqәli Xәbәrlәr