Rusiya və Ermənistan başçıları görüşdü
N.Paşinyan Rusiyanın paytaxtı Moskvada ölkə başçısı V.Putinlə bir araya gəlib

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
Ermənistanda erkən seçkilərə hazırlıqlar sürərkən istefaya hazırlaşan baş nazir N.Paşinyan Rusiyanın paytaxtı Moskvada ölkə başçısı V.Putinlə bir araya gəlib.
Mətbuata qapalı reallaşan görüşün əsas mövzusu Qarabağ olub.
Paşinyan söhbət zamanı Rusiya Sülhməramlı Qüvvələrinin Qarabağda varlığının bölgədəki sabitlik və təhlükəsizlik üçün əhəmiyyətindən bəhs edib.
Görüşdə Ermənistanda yaxınlaşan erkən seçkilər, yeni nüvə stansiyası tikintisi, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq və yeni tip koronavirusla mübarizə məsələləri müzakirə olunub. Paşinyan Rusiyadan Ermənistan üçün bir milyonluq doza “Sputnik V” peyvəndini də gözlədiklərini bildirib.
Qeyd edək ki, Putin-Paşinyan görüşündən əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı ilə danışmışdı. Bu söhbətin də əsas mövzusu Qarabağ olmuşdu.
Әlaqәli Xәbәrlәr

Ukraynada müharibə başlayandan indiyədək 228 uşaq ölüb
Rusiyanın Ukraynaya hücumları nəticəsində 238 uşağın öldüyü bildirilir.

Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.