Dmitri Peskov sərhəddəki NOTA fəaliyyətlərinə münasibət bildirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin sərhədləri boyunca NATO-nun hərbi fəaliyyətlərini artırması səbəbindən təhlükəsizliyi təmin etmək üçün tədbirlər gördüyünü bildirib.

1612959

Peskov Rusiyanın Ukrayna sərhədində artan fəallığı artırması və Krıma hərbi nəqliyyatla bağlı suallarına cavabən deyib:

"Rusiya öz əraziləri daxilində silahlı qüvvələrini öz təqdirinə görə hərəkət etdirir. Bu, heç kəsi narahat etməməli və heç kim üçün təhlükə yaratmır" ifadələrdən istifadə edib.

NATO-nun Rusiya sərhədlərində hərbi fəaliyyətini artırdığına diqqət çəkən Peskov "Rusiya sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görür. Rusiya sərhədləri boyunca  NATO-nun, digər birliklərin və bəzi  ölkələrin silahlı qüvvələrinin fəaliyyətini artırdığını bilirsiniz. Bütün bunlar bizi ayıq-sayıq olmağa məcbur edir" deyib.

Rusiya hərbi birliklərinin Ukraynanın şərqindəki mövcudluğuna istiqamətli iddialarla əlaqəli də danışan Peskov "Rusiya qoşunları Ukrayna torpaqlarındakı silahlı qarşıdurmalarda heç vaxt iştirak etməyib və iştirak etmir. Bu ,Ukraynanın daxili qarşıdurmasıdır" deyə bildirib.

Әlaqәli Xәbәrlәr