“Rusiya-Türkiyə münasibətləri çox zəngindir", S.Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” Beynəlxalq Diskussiya Klubunun Orta Şərqlə bağlı keçirdiyi sessiyada çıxış edib.

1612259
“Rusiya-Türkiyə münasibətləri çox zəngindir", S.Lavrov

"Türkiyə ilə münasibətlər tutulmu və zəngindir".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” Beynəlxalq Diskussiya Klubunun Orta Şərqlə bağlı keçirdiyi sessiyada çıxışında bildirib.

Lavrov "Türkiyə ilə münasibətlərimizə dəyər veririk, türkiyəli həmkarlarımızla hər zaman bizi və onları qane edən həlli tapa bilirik" deyib.
Türkiyə ilə bir çox ortaq layihənin həyata keçirildiyini vurğulayan Lavrov "Həm yüksək səviyyədə təmaslar, həm də gündəlikdə olan məsələlərin məzmunu baxımından Rusiya-Türkiyə münasibətləri çox tutumlu və zəngindir" deyə bildirib. 
İki ölkə arasında eyni mövqedən çıxış edilməyən məsələlərin az olmadığını vurğulayan Lavrov deyib:
"Lakin biz münasibətlərimizi qiymətləndiririk. Çünki türkiyəli həmkarlarımızla hər zaman bizi və onları qane edən həlli tapa bilirik. Bu, həm prezidentlərin, həm də XİN başçılarının görüşləri üçün xarakterikdir”.

Lavrov daha əvvəl Rusiya ilə Türkiyə arasında Suriyada İdlib Deeskalasiya Bölgəsi ilə əlaqədar daha əvvəl  razılaşma imzalandığını xatırladaraq, Türkiyənin müqavilədəki öhdəliklərini bir daha təsdiqlədiyini söylədi.

Suriyadakı M4 yolu ilə əlaqədar razılaşmanın tətbiqi ilə bağlı işlərin də davam etdiyini ifadə edən Lavrov, razılaşmanın bu yol ətrafında təhlükəsiz bir bölgə qurulmasını və Türkiyə-Rusiya birgə müştərək patrullarını əhatə etdiyini vurğulayaraq, razılaşmanın həyata keçiriləcəyini ifadə edib.



Әlaqәli Xәbәrlәr