Suriyada Əsəd rejimi İdlibdəki yaşayış məntəqəsinə hücum edib

Suriyada Əsəd rejiminin İdlibdəki yaşayış məntəqəsinə və yük maşınlarının olduğu dayanacağa təşkil etdiyi raket hücumunda 7 dinc vətəndaş yaralanıb.

1605607
Suriyada Əsəd rejimi İdlibdəki yaşayış məntəqəsinə hücum edib

Suriyada Əsəd rejiminin İdlibdəki bir yaşayış məntəqəsinə və yük maşınlarının olduğu dayanacağa təşkil etdiyi raket hücumunda 7 dinc vətəndaş yaralanıb.

Milli Müdafiə Nazirliyinin "Twitte" hesabında yer alan açıqlamada bildirilib ki, İdlibdəki xəstəxananı raketlərlə vuran rejim bu dəfə İdlib Gərginliyi Azaltma Bölgəsinin şimalındakı Kah yaşayış məntəqəsi və Sarmada yük maşını dayaşanacağını hədəf alıb.

Maşın dayanacağında 7 mülki şəxsin yaralandığı və Kahda kəndlilərə aid çox sayda heyvanın tələf olduğu qeyd edilən paylaşımda "Hücumların dərhal dayandırılması üçün Rusiya Federasiyasına xəbərdarlıq edildi. Əsgərlərimiz məlumatlandırıldı. Vəziyyət yaxından təqib edilir" deyilib.



Әlaqәli Xәbәrlәr