S.Lavrov: “Ticarətdə dollardan imtina edilməlidir”

Qərbin nəzarət etdiyi beynəlxalq ödəniş sistemlərin istifadəsindən imtina edilməlidir. Bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov deyib.

1606033
S.Lavrov: “Ticarətdə dollardan imtina edilməlidir”

Çinə səfəri əvvəlində ölkədəki mətbuat təşkilatlarına verdiyi açıqlamada, Rusiya və Çinin müstəqilliklərini gücləndirmələrinin lazım gəldiyinə diqqət çəkən Rusiya Xarici işlər naziri Lavrov, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiya və Çinin texnoloji inkişaf imkanlarını məhdudlaşdırmağa beləcə suverenliklərini qorumağı hədəfləyən ideoloji gündəmlərini ön plana çıxarmağa çalışdığını, bunun isə Rusiya və Çini iqtisadi və sosial inkişafda bir xətt yaratmağa məcbur etdiyini vurğulayıb.

Rusiya və Çinin də dollar istifadəsini minimal seviyyəyə endirmələrinin vacibliyini fadə edən Lavrov, ABŞ mənşəli sanksiya risklərini ticarətdə milli və ya dollara alternativ valyutalardan istifadə etməklə azaltmağın mümkün olduğunu qeyd edib.

Xatırladaq ki, 2018-ci ildə Rusiya ABŞ-ın sanksiyalarını səbəb göstərərək ehtiyatlarında 45% olan dollar nisbətini azaldaraq qızıl, avro və yuanın nisbətini artırmağa başladı. Hazırda Rusiyanın ehtiyatlarının 29,5%-ni Avro,12,2%-i isə yuan təşkil edir.

 



Әlaqәli Xәbәrlәr