Rasulayn qəsəbəsində partlayış, ölü və yaralılar var
Suriyada Türk silahlı qüvvələrinin Sülh Bulağı Əməliyyatı nəticəsində separatçı terror təşkilatı YPG / PKK üzvü quldurlardan təmizlənən Rasulayn qəsəbəsində partlayış baş verib.
1605869

Şanlıurfanın Ceylanpınar qəsəbəsinin qarşısında Suriya ərazisində yerləşən Rasulayn rayonunda Türkiyə vaxtı ilə saat 01.00 radələrində partlayış baş verib.
Rasulayndakı xəstəxana səlahiyyətlilərinin məlumatına görə səbəbi bilinməyən hadisə nəticəsində ikisi uşaq olmaqla 4 mülki həyatını itirib. Dinc əhalidən 9 nəfər yaralanıb. Partlayışın baş verdiyi evdə ciddi ziyan qeydə alınarkən təhlükəsizlik qüvvələri hadisə ilə əlaqəli istintaq başladıb.
Әlaqәli Xәbәrlәr

Sergey Lavrov Türkiyeyə səfərə gələcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyeyə səfər edəcək.