İraqda Bələd hərbi hava bazasına hücum təşkil edilib

İraqın Səlahəddin vilayətindəki Bələd hərbi hava Bazasına 3 raket hücumu təşkil edilib.

1602089
İraqda Bələd hərbi hava bazasına hücum təşkil edilib

Raketlərin bazanın xaricinə dəydiyi və hücumda can itkisi və ya maddi ziyan olmadığı bildirilib.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının  rəhbərlik etdiyi koalisiya qüvvələri Bələd Hərbi Hava Bazasını İraq ordusuna təhvil verdikdən sonra tikintidə ABŞ-ın “Sallyport Global” adlı təhlükəsizlik şirkətinin işçiləri yerləşib.



Әlaqәli Xәbәrlәr