Nikol Paşinyan: "Qasparyan martın 10-dan öz vəzifəsindən azad edilmiş sayılır"

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan martın 10-dan öz vəzifəsindən azad edilmiş sayıldığını bəyan edib.

1598410
Nikol Paşinyan: "Qasparyan martın 10-dan öz vəzifəsindən azad edilmiş sayılır"

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın martın 10-dan öz vəzifəsindən azad edilmiş sayıldığını bəyan edib. 

Ermənistan prezidenti Armen Sarkisyan isə Qasparyanın tutduğu vəzifədən azad olunması ilə bağlı baş nazir Nikol Paşinyanın təqdimatına baxılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Prezident Sarkisyan Konstitusiya Məhkəməsinin səlahiyyətləri çərçivəsində Qasparyanın vəzifədən azad edilməsi barədə ətraflı bir tədqiqat və qərar vermə imkanına sahib olduğuna diqqət çəkərək "Konstitusiya Məhkəməsinin bu mövzudakı qərarlar və görülə biləcək tədbirlər mövcud vəziyyətə indiki və gələcəkdəki proseslərə ciddi təsir göstərə bilər" deyib. 

Sarkisyan Konstitusiya Məhkəməsinin yaxın zamanda uyğun qərarı verməsinin mövcud böhranın həllinə qatsının olacağını vurğulayıb.

Xatırladaq ki, Ermənistanda daxili siyasi böhran fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb etdikdən sonra daha da pisləşib.  N. Paşinyan bunu çevriliş cəhdi kimi qiymətləndirib və Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb. Lakin Ermənistan Prezidenti Armen Sarkisyan bu sənədi imzalamayıb və Baş nazirlik aparatına geri qaytarıb. 



Әlaqәli Xәbәrlәr